“Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

“Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Xəbər 08 May 2024 - 09:20

Tarixi zərürətdən irəli gələrək, ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyev yaxın keçmişimizdə qaç­qın və məcburi köçkünlərlə görüşlərində, eləcə də, əksər bey­nəl­xalq tri­bunalardan Ermənistanın təcavüz­kar­lı­ğını dönə-dönə vurğulamaqla yanaşı, əvvəl-axır dövlət sərhədlərimizin, tarixi ərazilə­ri­mizin bərpa ediləcəyini qə­tiy­yətlə, həm də əminliklə səsləndirirdi.

 

Böyük Öndərimizin dövlətçilik fəaliyyətinin əsas hissəsi, bir nöm­rəli problem hesab etdiyi məsələ - işğal altında qalan torpaq­larımızın, hansı va­si­tələrlə olursa-olsun, azad edilməsi, məcburi köç­künlərimizin öz doğma yer­lərinə, dağıdılmış, viran edilmiş ata-baba yurdlarına qayıdışı idi.

Ümummilli Liderimizin siyasi varisi, Prezident İlham Əliyev cənabları ata vəsiyyətini gerçək­ləşdir­mək­lə, bu tarixi ədalətsizliyə son qoydu: həmin problemləri aradan qaldırmaqla, Qarabağı­mıza azadlıq və sülh gətir­di.

 

Müzəffər Ali Baş Komandan İl­ham Əliyev Şuşanın azad edilməsi ilə bağ­lı xalqa müra­ciətində bu məsələyə xüsusi toxunaraq bildirdi: “...Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziya­rət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim: xoş­bəxt adamam ki, ata vəsiyyətini yerinə ye­tirdim. Şuşanı azad et­dik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şad­dır!

 

Gözün aydın olsun, Azərbaycan!

Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

           

 Səfər Abbasov /zekainfo.az

 

reklamlar

Digər xəbərlər