Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI

Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI
Cəmiyət 22 Sentyabr 2023 - 18:02

2024-cü ildə keçiriləcək ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanı proqramları təqdim edilib.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, şagirdlər 2024-cü ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramları ilə (Azərbaycan və rus dillərində) aşağıdakı keçidlərdən istifadə etməklə tanış ola bilərlər.

1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə proqramlar (Azərbaycan bölməsi):

Azərbaycan dili
Riyaziyyat
Xarici dillər
2. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə proqramlar (rus bölməsi):

Русский язык
Математика
Иностранные языки
3. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə proqramlar (Azərbaycan bölməsi):

Azərbaycan dili
Riyaziyyat
Xarici dillər
4. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə proqramlar (rus bölməsi):

Русский язык
Математика
Иностранные языки
Qeyd 1: Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında ötənilki imtahan modeli (o cümlədən xarici dil fənləri üzrə) tətbiq ediləcək.

Qeyd 2: Cari tədris ilində 9 və 11-ci siniflərdə təhsil alanların aşağı siniflərdə keçdikləri dərsliklərlə ümumtəhsil müəssisələrində hazırda qüvvədə olan dərsliklərin müqayisəli təhlili aparılmış, hər iki dərslikdə eyni olan mövzular proqramlara daxil edilmişdir.

Qeyd 3: Hər iki təhsil səviyyəsi üzrə təqdim olunmuş proqramlar və imtahan modelinə uyğun tapşırıq nümunələri "Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq.

reklamlar

Digər xəbərlər