9 May - faşizm üzərində Qələbə Günü kimi qeyd olunur

9 May - faşizm üzərində Qələbə Günü kimi qeyd olunur
Cəmiyət 10 May 2024 - 13:23
Zəkainfo.azın məlumatına görə, may ayının 9-u ölkədə qeyri-iş günüdür və bu gün faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı qeyd olunur. Bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb.
 

1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə 1941-ci il iyunun 22-də hücum edib. Qafqazdan Berlinə qədər Azərbaycan diviziyaları mübarizə yolu keçib. Berlində faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının orada dalğalanması ilə müharibə 1945-ci il mayın 9-da başa çatıb.

 

İkinci Dünya müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir. Müharibədə Azərbaycanın saysız oğul və qızlarının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə zəhmətkeşlərin isə əmək rəşadəti dillər əzbəri, yeni nəsillər üçün hər zaman nümunə kimi göstəriləcəkdir.

 

79 ildir ki, 9 may - faşizm üzərində Qələbə günü təntənəli şəkildə qeyd olunur. Bu qələbə asan başa gəlməyib. Azərbaycanlı yüzlərlə, minlərlə həmvətənlərimiz bu Qələbə naminə canlarından-qanlarından keçərək Azərbaycanın hüdudlarından uzaqlarda mərdliklə vuruşaraq doğma Azərbaycan torpağını qoruyublar.

Bu müharibədə  660 min Azərbaycanlı şəxs iştirak edib. 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur.

Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ziya Bünyadov, Aslan Vəzirov, Adil Quliyev, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Mehdi Hüseynzadə, Məlik Məhərrəmov, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, və başqalarının adı SSRİ-nin tarixinə qızıl hərflərlə yazılıb.

 

1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Beləliklə Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, müharibənin sonu qələbə ilə bitməzdi.

 

 

Azərbaycanda 1941-45-ci illərdə böyük igidlik, qəhrəmanlıq göstərmiş insanların şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik  tərbiyəsində mühüm amilə çevrilib. Bu üzdən də hər il 9 may - Qələbə günü dövlətimiz tərəfindən təntənəli surətdə qeyd olunur. Öz  həyatımıza görə borclu olduğumuz, bəşəriyyətin xilası naminə göstərdikləri misilsiz qəhrəmanlıq salnaməsinə əbədi çevrilmiş igid oğulların və qızların adları yaddaşımızdan silinməyərək bizi daim Vətən qarşısında borcumuzu unutmamağa səsləyir.

 

Ulu öndər Heydər Əliyev müharibə veteranlarının xidmətlərini hər zaman yüksək qiymətləndirərək onların yüksək qayğı və hörmətə layiq olduğunu. İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranlarının hər kəs üçün əziz olduğunu, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcu olduğunu vurğulayırdı. Bu gün də Ümummilli Liderin bu siyasi kursu onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ali Baş Komandan İlham Əliyev Böyük Vətən Müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşaraq onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atır. Bu da  Azərbaycanın keçdiyi şərəfli yola yüksək hörmətin rəmzi kimi xalqımız və müharibə veteranları tərəfindən sevilir, alqışlanır.

 

Cəmilə ÇİÇƏK /zekainfo.az

Prezident mükafatçısı,

AJB və AYB-nin üzvü

 

 

 

 
reklamlar

Digər xəbərlər