Pilotsuz təyyarələr gizli və anti-istehkam imkanlarına malik
olacaqdı.
İran ordusu bazar ertəsi bildirib ki, ABŞ və İsraillə gərginlik
fonunda donanmasına 1000 “strateji pilotsuz uçan aparat” əlavə edib.
Dövlət televiziyası tərəfindən yayımlanan videolarda naməlum yerdə
bir neçə dron əks olunub. İranın müdafiə naziri general Əziz Nəsirzadə və İran
ordusunun baş komandanı general Əbdül Rəhim Musəvi pilotsuz təyyarələri
yoxlamaq üçün iştirak ediblər.
Hadisə İranın nüvə obyektlərinə mümkün hücumla bağlı narahatlıqların
artması fonunda baş verib.
İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olan “Tasnim” xəbər
agentliyinin məlumatına görə, pilotsuz təyyarələr ölkənin müxtəlif yerlərinə
çatdırılıb və yüksək gizlilik və anti-istehkam imkanları ilə təchiz edilib.
Dronların uçuş məsafəsi 2000 kilometrdən çox qiymətləndirilir. Onlar
yüksək dağıdıcı gücə malikdirlər və aşağı radar kəsikli müdafiə təbəqələrinə
nüfuz edə bilirlər.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az