Seul Ukraynada əsir götürülən Pxenyan əsgərlərinin Cənubi Koreyaya keçmək istəmədiyini bildirib

Seul Ukraynada əsir götürülən Pxenyan əsgərlərinin Cənubi Koreyaya keçmək istəmədiyini bildirib
Dünya 14 Yanvar 2025 - 11:00


 

 

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfindən saxlanılan ukraynalı məhbusların müqabilində Şimali Koreyaya əsgərlərin qaytarılmasını təklif edib.

 

Cənubi Koreyanın kəşfiyyat agentliyi bazar ertəsi qanunvericilərə məlumat verib ki, Kursk sərhəd bölgəsində Rusiya ilə birlikdə döyüşərkən Ukrayna qüvvələri tərəfindən əsir götürülən iki Şimali Koreya əsgəri Cənubi Koreyadan sığınacaq istəmək niyyətində deyil.

 

Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi bəyan edib ki, Ukrayna Rusiya tərəfindən saxlanılan ukraynalı məhbusların müqabilində Pxenyana əsgərlərini qaytarmağa hazırdır.

Cənubi Koreya Milli Assambleyasında bağlı qapılar arxasında keçirilən brifinqdə Milli Kəşfiyyat Xidməti Ukrayna hakimiyyəti ilə yanaşı əsgərlərin dindirilməsində iştirakını təsdiqləyib.

 

İştirak edən millət vəkillərinin sözlərinə görə, əsgərlər Cənubi Koreyaya yerləşdirilməyi xahiş etməyiblər, lakin xidmət əsgərlərin belə bir istək ifadə edəcəyi təqdirdə Ukrayna ilə müzakirələrə açıq olduğunu bildirib.

Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Koo Byonqsam vurğulayıb ki, sığınacaq verilməsi üçün “beynəlxalq hüquq daxil olmaqla hüquqi ekspertizalar və müvafiq dövlətlərlə məsləhətləşmələr” tələb olunacaq.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az

 

reklamlar

Digər xəbərlər