Los-Ancelesdə minlərlə evi məhv edən və 24 nəfərin ölümünə səbəb olan
meşə yanğınları ilə yanğınsöndürənlər mübarizə aparır. Səlahiyyətlilər
ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edir.
Yanğınsöndürənlər bazar günü Los-Anceles bölgəsində minlərlə evi məhv
edən və 24 nəfərin ölümünə səbəb olan meşə yanğınları ilə mübarizədə irəliləyiş
əldə etmək üçün mübarizə aparıblar.
Los-Anceles qraflığının koroner ofisi bazar günü axşam verdiyi
açıqlamada ölənlərdən səkkizinin Palisades yanğını, 16-nın isə İton yanğını ilə
bağlı olduğunu bildirib.
Səlahiyyətlilər, meyit itləri olan qrupların yerlə-yeksan edilmiş
məhəllələrdə sistemli axtarışlar aparması nəticəsində sayın artacağını
gözlədiklərini söylədi.
Bu arada 16 nəfər itkin düşüb, səlahiyyətlilər isə sayının
artacağının gözləndiyini bildiriblər. Səlahiyyətlilər insanların itkin düşənlər
barədə məlumat verə biləcəyi mərkəz yaradıb.
Sinoptiklər təhlükəli hava şəraiti, güclü küləklərin bu həftə geri
dönəcəyi ilə bağlı xəbərdarlıq ediblər. Hava Xidmətinin meteoroloqu Rich
Thompsona görə çərşənbə axşamı ən təhlükəli gün olacaq.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az