
Şou biznes
11:33, 23 May 2025
EUROVISION - Bu, Eurovision bitəndən bəri dəfələrlə verilən sualdır.
Müsabiqənin telesəsvermələrində saxtakarlıq varmı? Son günlər ictimai xidmət
mediası müsabiqənin etibarlılığı ilə yanaşı, həm də siyasi mövqeləri ilə bağlı
şübhələr yaratmağa başlayıb. Son mübahisənin mərkəzində: İsrailin iştirakı.
Hər şey final axşamı İspaniyanın RTVE kanalının ilkin reaksiyası ilə
başladı. El País xəbər verir ki, İsrailin müsabiqədəki təmsilçisi Yuval
Rafaelin İspaniya ictimaiyyətindən maksimum 12 bal alması, milli peşəkar
münsiflər heyətinin isə heç bir xal verməməsi kanalı təəccübləndirib.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az