
Şou biznes
10:36, 26 May 2025
Soyğunçular 2016-cı ildə amerikalı ulduzun Parisdəki dəbdəbəli
mənzilinə soxularaq bir neçə milyon avro dəyərində qızıl-zinət əşyaları
oğurlayıblar.
Paris Ağır Cəza Məhkəməsi Kim Kardaşyanın silahlı qarətində iştirak
edən quldurları təqsirli bilib. Ən ağır cəza əməliyyatın təşkilatçısı, 69 yaşlı
Aomar Ait Khedache üçün səkkiz il həbs cəzası, üçü şərti cəzadır.
Lakin sonuncu həbsxanaya getməyəcək, məhkəmə hökmün əvvəlki 5 illik
həbs cəzası ilə birləşdirilməsinə qərar verib.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az