Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək sülh danışıqlarına qatılmayacağı təsdiqlənib. Bu görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birbaşa görüş təklifi olsa da, Kreml Putinin iştirak etməyəcəyini açıqlayıb. Əvəzində, Rusiya nümayəndə heyətinə Prezidentin müşaviri Vladimir Medinski rəhbərlik edəcək. 
Görüşdə iştirak edəcək nümayəndələr
Rusiya nümayəndə heyəti: Prezidentin müşaviri Vladimir Medinski, Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin və Müdafiə Nazirinin müavini Aleksandr Fomin.
Ukrayna nümayəndə heyəti: Prezident Volodimir Zelenski və Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri:
ABŞ nümayəndə heyəti: Dövlət katibi Marko Rubio və xüsusi elçilər Stiv Vitkoff və Kit Kellogg.
Digər iştirakçılar: Braziliya və Çin nümayəndələri, həmçinin keçmiş vasitəçi Roman Abramoviçin də danışıqlarda iştirak edəcəyi gözlənilir.
Putinin danışıqlarda iştirak etməməsi sülh prosesinə olan inamı azaldır. Bununla belə, beynəlxalq ictimaiyyətin təzyiqləri və digər liderlərin təşəbbüsləri danışıqların davam etməsinə səbəb olur. İstanbul görüşü, münaqişənin diplomatik yolla həllinə doğru atılan mühüm addım kimi qiymətləndirilir.