
Yeni
ada alışın: "Ulduz balığı". Bu bazar günü, iyunun 8-də okeanların
sağlamlığı üçün böyük bir ilk, bu mövzuya dair ilk qlobal hesabat onun
yaradıcıları tərəfindən açıqlandı. Və onsuz da, xəbərlər sürətlə pisləşən
sualtı mühit üçün yaxşı deyil.
"Ulduz
balığı" barometri adlanan, geniş ictimaiyyət üçün nəzərdə tutulmuş və
www.starfishbarometer.org saytında pulsuz əldə edilə bilən bu alət bu bazar
günü Nitsada, Birləşmiş Millətlər Təşkilatının Okeanlar üzrə üçüncü Konfransı
(UNOC) zamanı əlliyə yaxın dövlət və hökumət başçısının, minlərlə nümayəndənin,
elm adamının və QHT nümayəndələrinin iştirakı ilə təqdim olunacaq. Bu yeni göstərici
daha sonra hər il 8 iyun Ümumdünya Okeanlar Günü üçün yenilənəcək.
Tərcümə edəni İnci Yusifqızı/Zekainfo.az