
Dünya
08:52, 30 İyun 2025
İspaniyanın baş naziri Sosialist Partiyasının üçüncü rütbəli məmuru
Santos Cerdanı rüşvət qalmaqalında iştirak etdiyinə dair hesabatın
açıqlanmasından sonra bütün vəzifələrindən istefa verməsini istəyib. Prezident
korrupsiya işi ilə bağlı “heç nə” bilmədiyini iddia edir.
Pedro Sançes İspaniya vətəndaşlarından üzr istəyib və Santos Cerdana
qarşı iddia edilən korrupsiya işi ilə bağlı "tamamilə heç nə" bilmədiyini
bildirib. "Bu səhərə qədər mən Santo Cerdanın dürüstlüyünə əmin idim"
dedi və "bir çox qüsurları" olduğunu, lakin həmişə "təmiz siyasət
üçün" çalışdığını iddia etdi.
Tərcümə edəni İnci Yusifqızı/Zekainfo.az