
Dünya
14:43, Bugün
Alimlər Tramp administrasiyasının bu iddialarını rədd edirlər.
Onlardan biri iddia edir: "Bu, siqaretin ağciyər xərçənginə səbəb
olmadığını söyləməyin elmi ekvivalentidir".
Tramp administrasiyası ABŞ hökumətinin sənaye emissiyalarının havanın
keyfiyyətinə təsiri ilə bağlı əsas məlumatlara məhəl qoymadığını söyləyən
iqlimşünasların reaksiyası ilə üzləşir.
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) bu həftə mədən
yanacaqlarından istifadə edən elektrik stansiyaları üçün istixana qazları
emissiyalarına və digər çirkləndiricilərə qoyulan məhdudiyyətləri azaltmağa yönəlmiş
yeni bir təklif yayımladı.
Tərcümə edəni İnci Yusifqızı/Zekainfo.az