Naxçıvanda uşaq oğruları peyda olub? - RƏSMİ

Naxçıvanda uşaq oğruları peyda olub? - RƏSMİ
Xəbər 08 Dekabr 2025 - 11:00

Ötən gün sosial şəbəkələrdə Naxçıvanda “uşaq oğrusunun peyda olması” ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Zekainfo.az-a verilən məlumata görə, araşdırmalarla görüntünü sosial şəbəkələrdə yayan şəxsin azyaşlı olduğu müəyyən edilib və onunla valideynlə birgə profilaktik iş aparılıb, sosial şəbəkələrdən düzgün istifadə qaydaları barədə izahlar verilib.

Həmçinin azyaşlının valideyinlərinə də övladlarının internet mühitində davranışına nəzarətin vacibliyi barədə xəbərdarlıq edilib.

Məlumata görə, Naxçıvan ərazisində uşaq oğruluğu, yaxud bu kimi təhlükəli hadisələrlə bağlı hər hansı bir fakt qeydə alınmayıb.

reklamlar

Digər xəbərlər