Paşinyan İlham Əliyevə təşəkkür etdi - VİDEO

Paşinyan İlham Əliyevə təşəkkür etdi - VİDEO
Xəbər 22 Dekabr 2025 - 09:30

Ermənistanın Baş naziri Nikol Paşinyan ikitərəfli ticarətin başlanması üçün şərait yaratdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Zekainfo.az xəbər verir ki, o, bu açıqlamanı Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında verib.

“Bu kontekstdə qeyd etmək istərdim ki, baş verən əlverişli və konstruktiv dəyişikliklər daha geniş regiondakı bütün ölkələr üçün yeni imkanlar yaradır, iqtisadi dayanıqlığın gücləndirilməsinə və regional əlaqələrin genişləndirilməsinə töhfə verir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin bloklanmasının qarşısını almaq və ikitərəfli ticarətin başlanması üçün şərait yaratmaq qərarına görə minnətdarlığımı bildirirəm. Bu, regionda sülhün və sabitliyin bərqərar olmasında ilk mühüm nailiyyətlərdən biridir”, - deyə Paşinyan bildirib.

 

reklamlar

Digər xəbərlər