Ana Vətən Partiyasının uzunmüddətli sədri Fəzail Ağamalı həyatını itirdi

Ana Vətən Partiyasının uzunmüddətli sədri Fəzail Ağamalı həyatını itirdi
Cəmiyyət 10 Fevral 2026 - 09:36

Zekainfo.az saytının verdiyi məlumata görə Azərbaycan ictimai-siyasi mühitində uzun illər tanınan simalardan biri olan Fəzail Ağamalı Türkiyədə dünyasını dəyişib. Məlumata görə, sabiq millət vəkilinin vəfatı dünən baş verib. Hadisə ilə bağlı ilkin məlumat Günay Ağamalı tərəfindən təsdiqlənib. O, atasının vəfat etdiyini media resursuna açıqlayaraq məlumatın doğruluğunu bildirib. Xatırladaq ki, Fəzail Ağamalı 79 yaşında idi və siyasi fəaliyyətinin əsas hissəsini Ana Vətən Partiyası ilə bağlamışdı. O, təxminən 35 il ərzində partiyaya rəhbərlik edərək ölkənin siyasi proseslərində fəal iştirak edib. Son aylarda isə partiya daxilində rəhbərlik məsələsi ilə bağlı ailədaxili fikir ayrılıqları ictimai müzakirələrə səbəb olmuşdu. Səfər Şakiroğlu Zekainfo.az

reklamlar

Digər xəbərlər