Cəmiyət
18:00, 18 Dekabr 2024
Yevlaxın sabiq icra başçısı Qoca Səmədov vəfat edib.
Zekainfo.az xəbər verir ki, bir müddət əvvəl səhhəti ilə bağlı şərti azadlığa buraxılan Qoca Səmədov ötən axşam evində vəfat edib.
Qeyd edək ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2019-cu ildə həbs olunmuşdu.
Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub. Bu il il iyul ayında səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılmışdı.
Onu da qeyd edək ki, Qoca Səmədov ürəyində yaranan problemdən əziyyət çəkirdi. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunmuşdu.