Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə - VİDEO

Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə - VİDEO
Xəbər 05 Aprel 2024 - 15:27

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisindəki qəbiristanlıqda minalanmış sahə aşkar olunub.

Bu barədə Zekainfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ərazidə POMZ-2M tipli piyada əleyhinə minaların məftil çəkmə üsulu ilə qurulduğu müəyyən edilib.

Nazirlikdən qeyd olunub ki, bu tip minalar dairəvi şəkildə məhvetmə radiusuna malikdir və üzərindəki qəlpələrin parçalanması ilə ciddi fəsadlar yaradır.

Mülki şəxslərə və hərbi qulluqçulara qarşı təxribat törətmək məqsədilə qurulan minalar Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə zərərsizləşdirilib və ərazidən götürülüb.

Məlumata görə, azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir.

reklamlar

Digər xəbərlər