Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub
Hadisə 09 Aprel 2024 - 14:03

Aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Zekainfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", məlumatda deyilir.

    reklamlar

    Digər xəbərlər