QHT rəhbəri MM-nin Mədəniyyət Komitəsinin sədri ilə görüşdü - FOTOLAR

QHT rəhbəri MM-nin Mədəniyyət Komitəsinin sədri ilə görüşdü - FOTOLAR
Mədəniyyət 17 Aprel 2024 - 09:12
Milli Məclisin Mədəniyyət Daimi Komitəsinin sədri, millət vəkili Fazil Mustafa ilə "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, filoloq, tədqiqatçı-jurnalist Cəmilə Çiçək (İsbəndiyarova) arasında keçirilən görüşdə bir sıra həlli vacib məsələlər ətrafında söhbət aparılıb
Zekainfo.az portalının verdiyi məlumata görə, "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, filoloq, tədqiqatçı-jurnalist Cəmilə Çiçək (İsbəndiyarova) Milli Məclisin Mədəniyyət Daimi Komitəsinin sədri, millət vəkili Fazil Mustafa ilə görüşüb.
Görüş zamanı çağdaş ictimai-mədəni proseslər, eləcə də mədəniyyət sahəsində fəaliyyət göstərən QHT-lərlə dövlət qurumları arasındakı münasibətlər mövzusunda geniş fikir mübadiləsi aparılıb.
Dövlətin mədəniyyət siyasətinin reallaşmasına cavabdeh olan bəzi məmurların fəaliyyətinə aid mülahizələrini çatdıran QHT rəhbəri bu sahədə bir sıra problemlərin hələ də davam etdiyini və bəzi həlli vacib problemləri millət vəkilinin nəzərinə çatdırıb.
Söhbət zamanı o da nəzərə çatdırılıb ki, Mədəniyyət Nazirliyinin illik qrant müsabiqəsi zamanı obyektivlik qorunmur. Bu vacib dövlət qurumun nəzdindəki İctimai Şuranın fəaliyyətinə dair təkliflər səsləndirilib
Ümumi fikir mübadiləsi zamanı Qarabağa “Böyük Qayıdış” proqramının həyata keçirilməsində və sabiq məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmasında mədəniyyət xadimlərinin roluna xüsusi toxunulub.
Görüşün sonunda QHT sədri Cəmilə Çiçək millət vəkilinə müəllifi olduğu "Qarabağ: qələbəmizin kreativ tarixi" kitabını hədiyyə edib, birgə foto çəkdiriblər.

Səfər Şakiroğlu (Abbasov),
Tədqiqatçı-jurnalist,
AJB-nin üzvü
reklamlar

Digər xəbərlər