Gənclərimiz arasında vətənpərvərlik ideyasının təbliği: ZİMDTDİB layihə və sosial çarxın birinci təqdimat mərasimini Kəlbəcər rayon 37 nömrəli tam orta məktəbində keçirdi 

Gənclərimiz arasında vətənpərvərlik ideyasının təbliği: ZİMDTDİB layihə və sosial çarxın birinci təqdimat mərasimini Kəlbəcər rayon 37 nömrəli tam orta məktəbində keçirdi 
Cəmiyət 10 İyul 2024 - 18:12

www.zekainfo.az məlumat verir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin reallaşdırdığı ikiaylıq “Qarabağ Zəfərinin innovativ-kreativ təbliği” adlı layihə çərçivəsində hazırlanmış Qarabağ və Zəfər tarixinə dair vətənpərvərlik mövzusunda sosial videoçarxın ictimaiyyət və gənclər üçün təqdimat mərasimi keçirildi.
Bakı şəhəri Xəzər rayonu Binə sovxozunda müvəqqəti yerləşən, Azərbaycan Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon 37 nömrəli tam orta məktəbin şagirdləri üçün layihə, fəaliyyətlər, sosial şəbəkə səhifəsi, sosial videoçarxla bağlı neomaarifçilik tanıtım və təqdimat mərasimi iyun ayında baş tutdu.
ZİMDTDİB-inlayihə və sosial şəbəkə səhifəsi, sosial videoçarxın silsilə real təqdimat/tanıtım aksiyaları uğurla davam edir. Tədbir “Qarabağ Zəfərinin innovativ-kreativ təbliği” layihəsi çərçivəsində hazırlanmış, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin reallaşdırdığı Qarabağ və Zəfər tarixinə aid vətənpərvərlik mövzusu çərçivəsində təşkil olunmuşdu.
Binə qəsəbəsində II Qarabağ – Vətən müharibəsində qazanılan Zəfər haqqında ZİMDTDİB-in kreativ layihəsi çərçivəsində silsilə tanıtım aksiyalarının birincisi – ədəbi-poetik məzmunlu Qarabağ və Zəfər tarixinə aid vətənpərvərlik mövzusunda sosial videoçarxın tanıtım və təqdimat mərasimi məktəblilərə qəhrəmanların tanıdılması, savaşda iştirak edənlərə həsr olunmuş şəhid Daşqın Şəfiyevin igidliyi haqqında məlumatlandırma sessiyası ilə başladı.
Məktəbin direktor müavini İlyas Qədimov tədbiri açıq elan edərək təşkilatçılara minnətdarlığını bildirdi və II Qarabağ – Vətən müharibəsi zamanı qazanılan Zəfər, Böyük Qələbə və ədəbiyyat mövzusunda təşkil olunduğunu bildirərək sözü layihə rəhbəri Cəmilə Çiçək İsbəndiyarovaya verdi.
ZİMDTDİB sədri, Prezident təqaüdçüsü, layihə rəhbəri, yazıçı-publisist Cəmilə Çiçək çıxışını başda Prezident İlham Əliyev olmaqla bu möhtəşəm qələbəni xalqa yaşadan Milli Orduya, dövlətimizə, xalqımıza təşəkkürlərini çatdırdı, donor quruma minnətdarlığını bildirdi.
Tədbirin “Qarabağ Zəfərinin innovativ-kreativ təbliği” Qarabağ və Zəfər tarixinə aid vətənpərvərlik mövzusunda sosial videoçarxın Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin reallaşdırdığı Qarabağ və Zəfər tarixinə aid vətənpərvərlik layihəsi çərçivəsində təşkil olunduğunu bildirən layihə rəhbəri Vətən müharibəsi, II Qarabağ savaşı və bəzi məsələləri xüsusi vurğuladı.

Əlirza İsbəndiyarov,
ZİMDTDİB sədr müavini, KİV əlaqələndiricisi
reklamlar

Digər xəbərlər