27
sentyabr 2020-ci il tarixdə başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən
siyasəti və qətiyyəti sayəsində Müzəffər Ordumuz işğalçı Ermənistan
qoşunlarının və terrorçu dəstələrinin darmadağın edilməsinə və Azərbaycanın
ərazi suverenliyinin tamamilə bərpasına nail olunmuşdur.
Bu, şanlı hərb
tariximizin bir səhifəsidir. Müzəffər
Ali Baş Komandan xüsusi vurğuladığı kimi, bu Qələbə tarixdə əbədi qalacaq! Ona
görə ki, 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu məhv
edərək, öz ərazi bütövlüyünü bərpa etdi: “Mən dəfələrlə demişdim ki, Azərbaycan
xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına
olursa-olsun, biz öz torpaqlarımızı geri qaytaracağıq.
Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə
torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq. Və belə də oldu:
biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq: güc topladıq.
Bütün gücləri səfərbər etdik. Ordumuzu gücləndirdik. Ölkə iqtisadiyyatını
gücləndirdik.
Ölkəmizin nüfuzunu qaldırdıq. Və öz tarixi
missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və
ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Və
bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti
qalib dövlət kimi yaşayır! Və bundan sonra biz müzəffər xalq və qalib dövlət
kimi əbədi yaşayacağıq”!
Bu Qələbə həm də cəsur,
qorxmaz, vətənpərvər oğullarımızın qanı-canı bahasına əldə edilmişdir. Belə
oğullardan biri də 1985-ci ildə Kəlbəcər rayonunun Zəylik kəndində anadan olmuş
Vusal Eldar oğlu Musayev idi. 1992-2003-cü illərdə Kəlbəcər rayonunun 103 saylı
tam orta məktəbində oxuyub. Orta məktəbi bitirdikdən sonra Vusal vətənimizin
müdafiəsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dovlət Xidmətinin Kəlbəcər
rayon şobəsi tərəfindən muddətli həqiqi hərbi xidmətə çağırılaraq Mudafiə
Nazirliyinin Ağdam rayonu ərazisində yerləsən “N”
saylı hərbi hissəyə gondərilmis, 1 il 6 ay muddətində nümunəvi xidmət edərək, tərxis
olunmusdu.
Vusal Musayevin hərbi xidmətə
çox böyük həvəsi vardı. Həmişə evdə hərbi xidmətə getmək istədiyini bildirirdi.
Hətta 2016-cı ilin “Aprel döyüşləri” zamanı da o, muraciət edərək müddətdən
artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmək istədiyini bildirmişdi.
Lakin həmin vaxt muharibə olmadığı, həmçinin səfərbərlik elan edilmədiyi üçün
müraciətinə müsbət cavab verilməmişdi.
2020-ci ilin yay aylarında,
Tovuz rayonu istiqamətində baş vermiş düşmən hücumu zamanı genral-mayor Polad Həşimovun
və digər hərbi qulluqçuların şəhid olmasından sonra Vüsal Musayevin hərbi xidmətə
həvəsi daha da artdı.
O, Polad Həşimov və digər şəhidlərimizin
qisasını düşməndən almaq üçün 2020-ci ilin sentyabr ayında müddətdən artıq həqiqi
hərbi xidmət qulluqçusu kimi xidmətə qəbul olunmaq üçün yenidən etdiyi muraciətə
müsbət cavab verilmişdir. Ona görə də 11 sentyabr 2020-ci il tarixdə Müdafiə
Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəyə MAHHXHQ əsgər
kimi xidmətə qəbul olunmuşdur.
27 sentyabr 2020-ci il
tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlanan döyüşlərə
Vüsal Musayev də həvəslə qoşulur və ailəsinə düşmən tapdağında qalan əraziləri
azad etdiklərini, ona görə də ondan
narahat olmamalarını, hər şeyin qaydasında getdiyini deyirmiş.
Vüsalın döyüş yolu təəssüf
ki, qısa oldu: 29 sentyabr 2020-ci il tarixdə düşmən tərəfindən açılmış atəş nəticəsində
yanında mərmi partlaması səbəbindən yaralanmış və hospitala aparılmışdır.
Hospitalda olan müddət ərzində ona ön cəbhədə yaxşı döyüşdüyünü, düşmənə
sarsıdıcı zərbələr endirdiyini, öz xoşu ilə deyil, aldığı xəsarətlər nəticəsində
döyüşlərdən uzaqlaşdırıldığını, həmçinin ona
xidmətinə görə, "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına
görə" medallarının verildiyini desələr də, döyüş yoldaşlarını döyüş
meydanında qoyduğu üçün çox üzülürdü.
06 yanvar 2021-ci il tarixdə döyüşdə aldığı xəsarətlər
səbəbindən hospitalda şəhidlik məqamına yüksələn, iki övlad atası Vüsalın ruhu
şad olsun ki, özündən sonra onun vətənə layiqli oğul olduğu danışılır və onunla
fəxr edilir. Arzusunda olduğu Kəlbəcər - Qarabağ düşmənlərdən azaddır. Sənin və
digər şəhidlərimizin ruhu vətənin göylərində, ən böyük zirvəsindədir, şəhid
qardaş!
Şəhidin qardaşı Yavər Musayevin yazdıqları da bir daha onun Vətənə olan borcunu ləyaqətlə yerinə
yetirməsi öz təsdiqini tapır: “Vusalla mənim aramda yaş fərqimiz az olub. Qardaşım
qorxmaz, mehriban və yüksək vətənpərvərliyə malik idi. Məktəbə Vusalla birlikdə
gedib-gələrdik. Qardaşım valideynlərimizin bir sözünü iki etməzdi. Vusal orta
məktəbi bitirən ili atama dedi ki, hərbiçi olmaq arzusundayam. Atam bəlkə də
onda məyus oldu. Çünki o, hər zaman ermənilərin bizim xalqın başına
gətirdikləri vəhşilikdən ürək ağrısı ilə danışardı. Bunun tək səbəbi onun
erməni vəhşiliyindən əziyyət çəkən bir ailədə böyüməsi idi.
Vüsal o qədər mehriban
idi ki, ondan heç kim zərrə qədər də inciməzdi. Vüsal bu mehribançılıgını
xidmətə yollandığı hərbi hissələrə də daşıyıb apara bildi. Görüşəndə və ya
telefonla danışdıqca da Vüsalın Vətənə ürəkdən bağlılığını aydın görürdük.
Bütün bu xüsusiyyətlər Vüsalı sonda ülvi bir ucalığa - şəhidlik zirvəsinə
apardı.
Vüsalsız mənə, bir qardaş
kimi, indi çox ağırdı. Onunla keçirdiyim vaxtlar mənim üçün xoş xatirələrə
çevrilib. Əziz qardaşımın timsalında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik”.
...Vətənin göylərini
qara bulud alanda anaların əlləri göylərdə qalıb həmişə. Gecə-gündüz dua
edərlər ki, “düşmən qabağında olanları, İlahi, özün qoru”!
Yağı düşmənin
gülləsinə tuş gəlib şəhadət zirvəsinə ucalan oğullara ağı deyib, boyunu oxşayan
da elə analar olur. Gizli-gizli göz yaşlarını ürəyinə axıdan analara söz və
qələm adamlarının təsəllisi də bax beləcə, qəm-qüssəli, lakin vətənpərvərlik
duyğuları ilə yazılan şeirlərdir:
Ağlama, şəhid anası!
Ağlama ki, Vətən belin düzəltsin!
Sızlama ki, balan yolun gözlətsin!
Ana gərək dərd-sərini gizlətsin,
Sən anasan, Vətən ana deyilmi?
Demişdik ki, qəddini bük, əyilmi?!
Ağlama, şəhid anası!
Qalx ayağa, qoy Tomrisim oyansın!
Qalx ayağa, yağı qana boyansın!
Qalx ayağa, düşmən sussun, dayansın!
Türkün oğlu at belində doğular!
Bunu bilsin qorxaq, yaltaq yağılar!!!
Ağlama, şəhid anası!
Oğul doğdun, oğul olsun yurduna,
Oğul doğdun, əsgər olsun orduna!
Oğul doğdun, qurban olum mərdinə,
Bilirsənmi neçə oğul-qızın girovdu?!
Başımdakı şimşək, qaşımdakı qırovdu?!
Cəmilə Çiçək/Zekainfo.az
Prezident təqaüdçüsü,
flologiya üzrə fəlsəfə doktoru