Biz artıq bilirdik ki,
Fransada 2023-cü ildə doğumların azalması körpə bumunun bitməsindən bəri
görünməmiş miqyasda olacaq. INSEE-nin yanvarın 14-də açıqladığı illik
demoqrafik hesabata görə, tendensiya təsdiqlənir. Birinci Dünya Müharibəsi başa
çatdıqdan sonra Fransada bir qadına düşən uşaqların sayı heç vaxt bu qədər
aşağı olmamışdı.
Fransanın 1 yanvar 2025-ci il tarixinə 68,6 milyon əhalisi var idi.
Bir il ərzində 0,25% artım doğumların yeni azalması və keçən il ölümlərin
artması ilə məhdudlaşır. Belə ki, ötən il Fransada cəmi 663 min körpə doğulub,
yəni 2023-cü ilə nisbətən 2,2% və doğumun son zirvəsi olan 2010-cu ildən 21,5%
azdır. Ümumi doğuş nisbəti 2023-cü ildəki 1,66 uşaqla müqayisədə bir qadına
1,62 uşaq təşkil edir.
“Bu azalma 2022 və 2023-cü illər arasında qeydə alınandan (-6,6%)
daha kiçik miqyasdadır, INSEE vurğulayır. Lakin bu, 2010-cu ildən 2022-ci ilə
qədər hər il orta hesabla müşahidə ediləndən daha güclü olaraq qalır, 2010-cu
il doğumların son yüksək nöqtəsidir. »
Doğuşların sayı, bir tərəfdən, reproduktiv yaşda olduğu deyilən
qadınların sayından, digər tərəfdən isə onların məhsuldarlığından asılıdır.
2016-cı ildən bəri 20-40 yaşlı qadınların sayı az dəyişib; ona görə də həmin
tarixdən etibarən doğumların azalması əsasən məhsuldarlığın azalması ilə izah
olunur.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az