Volodimir Zelenskinin ölkəsi
ilə Rusiya arasındakı müharibədə təkan Ukraynadır. Kiyev beləliklə, çərşənbə
axşamı, yanvarın 14-də təsdiqlədi ki, Moskvaya görə, Qərb raketlərindən istifadə
edərək, ötən gecə Rusiyanın bir sıra regionlarında hərbi və sənaye obyektlərinə
qarşı müharibənin “ən kütləvi” hücumunu həyata keçirib.
Ukrayna qüvvələri Ukrayna ərazisində döyüşən Rusiya qüvvələrinin
maddi-texniki təminatına mane olmaq üçün son aylarda Rusiyadakı yanacaq
anbarlarına, neft emalı zavodlarına və hərbi obyektlərə hava hücumlarını
artırıb.
Çərşənbə axşamı hücumu Tatarıstan Respublikası və Volqa sahilindəki
Saratov vilayətini, həmçinin Moskva yaxınlığındakı Bryansk və Tula sərhəd bölgəsini
hədəf alıb. "Ukraynanın müdafiə qüvvələri Rusiyanın 200-1100 kilometr dərinliyindəki
hərbi hədəflərə (...) ən kütləvi zərbələr endirib", - Ukrayna Baş Qərargahı
bildirib.
Mənbənin sözlərinə görə, zərbələr yanvarın 8-də artıq hədəfə alınmış
Engelsdəki neft anbarına “uğurla” dəyib və beş gün davam edən yanğında iki
rusiyalı yanğınsöndürən həlak olub.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az