Qəzzada vəziyyət yaxın saatlarda və ya günlərdə daha aydınlaşa bilər.
Qətər çərşənbə axşamı, yanvarın 14-də bildirib ki, Fələstin anklavında İsrail
və HƏMAS arasında 15 aylıq müharibədən sonra atəşkəs razılaşması "çox
tezliklə" bağlana bilər.
Donald Trampın bir həftə sonra vəzifəyə başlaması ilə, HƏMAS-ın 7
oktyabr 2023-cü ildə İsrailə hücumundan sonra Fələstin ərazisində saxlanılan
girovların azad edilməsini nəzərdə tutan atəşkəs üçün dolayı danışıqlar
intensivləşdi.
ABŞ və Misirlə əsas vasitəçi olan Qətər Dohada davam edən
danışıqların "son mərhələdə" olduğunu və razılaşmanı əngəlləyən
"əsas məsələlərin" həll edildiyini bildirib. “Ümid edirik ki, bu,
tezliklə razılaşmaya gətirib çıxaracaq”, – Qətər diplomatiyasının sözçüsü əlavə
edib.
İsrail mediası və danışıqlara yaxın mənbələrin məlumatına görə,
atəşkəsin ilk mərhələsində 33 girov azad ediləcəkdi. HƏMAS-a yaxın mənbələrin
bildirdiyinə görə, əvəzində İsrail tərəfindən saxlanılan 1000-ə yaxın
fələstinli məhbus azad ediləcək.
Müharibə başlayandan bəri 2023-cü ilin noyabr ayının sonunda cəmi bir
həftəlik atəşkəsə əməl olunub və o vaxtdan bəri aparılan danışıqlar hər iki
tərəfin barışmazlığına qarşı çıxıb.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az