Onları
"dağılmazlar" adlandırmaq olar, lakin elm adamları onları per- və poliftoralkil
birləşmələri (PFAS) adlandırırlar. Bu kimyəvi maddələr soba, kosmetika və hətta
paltar hazırlamaq üçün istifadə olunur. Onlar yapışmayan, su yalıtımı və
istiliyə davamlı xüsusiyyətlərinə görə maraqlıdırlar.
Sağlamlıq
üçün risksiz olmayan bir nəticə. Onların bədəndə yığılması peyvəndlərə qarşı
immun reaksiyanın azalmasına, xərçəng, diabet və ya piylənmə hallarına, hətta
qaraciyər funksiyasının pozulmasına səbəb ola bilər.
Bu
cür risklərlə qarşılaşdıqda, PFAS-ı aradan qaldırmaq üçün həllər tapmaq üçün
araşdırmalar fəal şəkildə aparılır. Hazırda bu əməliyyat çox baha başa gəlir.
Yanvarın 14-də dərc olunan araşdırmada “Le Monde” qəzeti bu “əbədi
çirkləndiriciləri” Avropa İttifaqı miqyasında aradan qaldırmaq üçün nəzərdə
tutulan qanun layihəsinin məbləğini açıqlayır.
On
altı fərqli ölkədən təxminən əlli jurnalist ən dəqiq hesablamaya gəlmək üçün
tədqiqatçılarla birlikdə çalışıb. Onların hesablamalarına görə, Avropa İttifaqı
iyirmi il ərzində hər il 100 milyard avro ödəməli olacaq.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az