29 yaşlı jurnalist İtaliyanın ABŞ-ın İran vətəndaşının
həbsinə dair orderini icra etməsindən üç gün sonra həbs edilib.
İtaliyalı jurnalist Sesiliya Sala üç həftə İran həbsxanasında
yatdıqdan sonra azad edilib və çərşənbə günü İtaliya paytaxtına qayıdıb.
29 yaşlı jurnalisti daşıyan təyyarə Romanın
Ciampino hava limanına enib. Onu ailə üzvləri və həyat yoldaşı qarşılayıb.
İtaliyanın baş naziri Giorgia Meloni, xarici işlər
naziri Antonio Tajani və Roma meri Roberto Qualtieri də Sesiliya Sala və ailəsini
qarşılamaqda iştirak ediblər.
Onun dekabrın 19-da Tehranda həbsi iranlı iş adamı
Məhəmməd Abedininin ABŞ sifarişi ilə Milanda həbsindən cəmi üç gün sonra baş
verib.
Vaşinqton keçən il İordaniyada üç Amerika əsgərinin
ölümü ilə nəticələnən hücumda istifadə edilən pilotsuz təyyarə hissələrini tədarük
etdiyi iddiası ilə onun və digər İran vətəndaşının həbsini tələb etmişdi və
İran bu hücumda iştirakını inkar edir.
Səfər Şakiroğlu Zekainfo.az