Donetsk vilayətində cəbhə xəttində olan Ukrayna
qoşunları Rusiyanın bölgədəki irəliləyişlərini dəf etmək üçün onlara əlavə
silah tələb edib.
Donbas vilayətinin Donetsk şəhərində cəbhə xəttində
döyüşən ukraynalı əsgərlər Rusiyanın təcavüzü və ərazi irəliləyişlərini dəf etmək
üçün təcili olaraq əlavə silahlara ehtiyac olduğunu deyirlər.
Onlar vəziyyətin "çox çətin" olduğunu və
Kremlin qüvvələrini topladığını və yeni hücumlara və ərazilərin işğalına
hazırlaşdığını bildirirlər.
Əsgərlər üç ilə yaxındır ki, bu müharibənin ən
qızğın cəbhələrindən birindədir. Effektivliyi qorumaq üçün rotasiyaların zəruri
olduğunu deyirlər, lakin bu vaxt onlar öz ölkələrini müdafiə etməyə davam edirlər.
Ən kiçiyinin 21 yaşı var. Üç ilə yaxındır ki,
müharibədədir. O, topçudur. Buradakı uşaqlar isə elədirlər ki, qorxu hiss
etmirlər, əsl qəhrəmandırlar. 26-cı artilleriya briqadasının qaubitsasının
komandiri Anatolii deyir: "Onlar heç nədən qorxmurlar".
Əsgərlər 155 mm-lik mərmilərlə təchiz olunmuş NATO
standartlarına uyğun daha çox haubitsalara ehtiyac duyduqlarını deyirlər. Onlar
bu mərmilərin döyüş meydanında çox təsirli olduğunu iddia edirlər.
Elan edilmiş uçuş məsafəsi adi model üçün 42 km,
raket dəstəkli mərmi üçün isə 60 km-dir. Bu sursatlar Ukrayna qoşunlarına
Rusiyanın irəliləyişlərini dəf etməyə və öz ərazilərini uzaqdan qorumağa imkan
verəcək.
Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az