
Bu həftə sonundan
etibarən Baltikyanı ölkələr Finlandiya, İsveç və Polşa tərəfindən təmin edilən
elektrik enerjisinə qoşulub.
Həftə sonu Estoniya
Rusiya şəbəkəsindən ayrılaraq Avropa sisteminə qoşulub. O vaxtdan etibarən
Estoniyada elektrik enerjisinin qiyməti qalxmağa başlayıb.
Keçən həftə MVt/saat
üçün 126 avrodan yeni orta elektrik enerjisinin qiyməti MVt/saata 191 avro
olacaq ki, bu da 2025-ci il üçün ən yüksək göstəricidir.
Ekspertlərin
fikrincə, bu qiymət artımı əsasən hava şəraiti və bazarlarla bağlıdır.
"Bu həftə daha
az külək, soyuq hava və qazın qiymətində bir qədər artım səbəbindən elektrik
enerjisi istehlakı daha yüksəkdir", - elektrik və qaz nəqli sisteminin
operatoru Elinq deyir.
Bu artımın digər
səbəbi ötən fevralda Litva ilə İsveç arasında dənizaltı kabel xəttinin təxribatıdır.
Bu pisləşmə Estoniya elektrik şəbəkəsinə qoşulmaların sayını azaldıb.
Tərcümə edəni Səfər Səfərov /Zekainfo.az