 
            
                İqtisadiyyat
                09:43, 27 Oktyabr 2025
            
         
    
Məlumat mərkəzləri çoxlu elektrik enerjisi
istehlak edir. İrlandiyanın elektrik tələbatının təxminən üçdə biri 2026-cı ilə
qədər məlumat mərkəzlərindən gələ bilər.
Hər bir ChatGPT sualının ənənəvi Google axtarışından
təxminən 10 dəfə çox elektrik istehlak etdiyi təxmin edilir.
Qeyri-kommersiya Elektrik Enerjisi Tədqiqat İnstitutunun
məlumatına görə, ChatGPT sorğusu ənənəvi Google sorğuları üçün 0,3 vatt-saatla
müqayisədə 2,9 vatt-saat sərf edir.
Təxminən 9 milyard gündəlik axtarışla bu, ildə
təxminən 10 TWh elektrik enerjisinə əlavə tələbatı təmsil edəcək.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az  
 
    
 
             
             
             
             
            