
Dünya
13:10, Bugün
Britaniya Dieqo Qarsiya adasındakı əsas birgə Britaniya-Amerika hərbi
bazasını saxlayaraq, Çaqos adalarını Mavrikiyaya qaytarmaq niyyətindədir.
Çaqos arxipelaqında doğulmuş iki qadın Hind okeanı arxipelaqını
Mavrikiyaya vermək planına görə Britaniya hökumətini məhkəməyə vermək istəyir,
onların vəkilləri bildiriblər.
Hər iki Britaniya vətəndaşı olan Bernadette Duqas və Bertrice Pompe
iddia edirlər ki, Britaniya nazirləri qeyri-qanuni olaraq Çaqosyanları
vətənlərinin gələcəyi ilə bağlı müzakirələrdən kənarlaşdırıblar.
Bu insanlar və onların nəsilləri hazırda əsasən Böyük Britaniya,
Mavrikiya və Seyşel adalarında yaşayırlar.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az