
Fələstin Qızıl Aypara Cəmiyyətinin yaydığı video İsrailin
təcili yardım maşınlarının "şübhəli" və qəza işıqları olmadan hərəkət
etdiyi barədə iddiası ilə ziddiyyət təşkil edir.
İsrail martın 23-də Rəfah yaxınlığında 15 fələstinli
həkimin ölümü ilə nəticələnən atışma ilə bağlı ilkin hesabını, ölən həkimlərdən
birinin telefonundan çəkilmiş videonun ictimaiyyətə açıqlanmasından sonra dəyişib.
Həftə sonu adının açıqlanmasını istəməyən bir
İsrail hərbi rəsmisi, təcili yardım maşınlarının "şübhəli" və
"işıqsız və ya təcili yardım siqnalları olmadan" hərəkət etdiyinə
dair ilkin iddianın "səhv" olduğunu etiraf etdi.
Qızıl Aypara da daxil olmaqla, Cenevrə Konvensiyası
ilə tanınan emblemləri daşıyan humanitar və tibb işçilərinə qəsdən hücumlar,
yardım işçiləri “düşmənə zərərli hərəkətlər” etmədikcə, müharibə cinayətini təşkil
edir.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az