Cəmiyyətin qütbləşməsi gənc avropalıların söhbətlərinə necə təsir edir

Cəmiyyətin qütbləşməsi gənc avropalıların söhbətlərinə necə təsir edir
Cəmiyyət 18 Aprel 2025 - 12:17


 

 

Beş Aİ ölkəsində respondentlərin böyük əksəriyyəti siyasətçilərin, sosial medianın və ənənəvi medianın cəmiyyətin qütbləşməsinə töhfə verdiyinə inanır.

Siyasi debatlardan tutmuş gündəlik söhbətlərə qədər immiqrasiya, müharibə, gender bərabərliyi və iqtisadiyyat kimi məsələlər getdikcə daha çox mübahisə doğurur.

 

İtalyanlar (65%), fransızlar (71%) və almanlar (74%) dostları ilə bu həssas mövzuları daha çox müzakirə edirlər. Əksinə, danimarkalıların demək olar ki, yarısı (49%) bu barədə əsasən valideynləri ilə danışır.

 

Debating Europe təşkilatının araşdırması 2024-cü ilin noyabrından 2025-ci ilin yanvarına qədər Danimarka, Fransa, Almaniya, İtaliya və Polşadan olan 18-35 yaş arası 2000 insanın fikirlərini toplayıb.

 

İştirak və anlaşmanı təşviq etmək üçün sorğu iştirakçıların ana dilində aparılmışdır.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az 

 

reklamlar

Digər xəbərlər