Europol tərəfindən koordinasiya edilən Bulut
əməliyyatı bütün Avropada 300-ə yaxın həbsə səbəb olub və cinayətkarların
ünsiyyətini izləmək üçün şifrəli platformalardan geniş istifadə edib.
Hakimiyyət orqanları Avropa İttifaqı və Türkiyəyə
narkotik qaçaqmalçılığından məsul olan dörd böyük cinayət şəbəkəsini sıradan
çıxarıb, Bulut əməliyyatı kimi tanınan 230-dan çox adamı həbs edib.
Son üç həbs Çərşənbə günü Hollandiya və Almaniyada
həyata keçirilib və bu, trans-Avropa əməliyyatını sona çatdırıb.
Europol istintaqın bir çox yurisdiksiyaları əhatə
etdiyini və Belçika, Fransa, Almaniya, Hollandiya və İspaniyadakı
səlahiyyətliləri cəlb etdiyini söylədi.
Bu əməliyyatı fərqləndirən şey hüquq-mühafizə
orqanlarının narkotik alverçiliyində şübhəli bilinən şəxslərin izinə düşməsi və
həbs edilməsi üçün şifrələnmiş rəqəmsal platformalar daxilində rəqəmsal
izləmədən nə dərəcədə istifadə etməsi idi.
Tərcümə
edəni Səfər Şakiroğlu /Zekainfo.az