Tramp administrasiyası Harvarda beynəlxalq tələbələri qəbul etməyi qadağan edib

Tramp administrasiyası Harvarda beynəlxalq tələbələri qəbul etməyi qadağan edib
Dünya 27 May 2025 - 19:38


 

ABŞ hökuməti 2025-ci tədris ilindən başlayaraq Harvard universitetinə beynəlxalq tələbə qəbulunu qadağan edib. Vaşinqton kampusda “zorakılıq mühiti” ilə mübarizə aparmağa çalışır.

 

Donald Tramp administrasiyası ilə Amerika akademik elitası arasında açıq müharibənin yeni kəskinləşməsi zamanı hökumət 2025-2026-cı tədris ilindən başlayaraq Harvard beynəlxalq tələbələri qəbul etməyi qadağan edib.

 

Qərar cümə axşamı rəsmi olaraq Daxili Təhlükəsizlik Naziri Kristi Noem tərəfindən verilib və o, kampusda formalaşan "zorakılıq və antisemitizm mühitinə" qarşı mübarizə apardığını bildirib.

 

Tərcümə edəni Habil Sönməz/Zekainfo.az

 

reklamlar

Digər xəbərlər