Tramp iyun ayından etibarən Avropa məhsullarına 50% rüsum tətbiq edəcəyi ilə hədələyib

Tramp iyun ayından etibarən Avropa məhsullarına 50% rüsum tətbiq edəcəyi ilə hədələyib
İqtisadiyyat 27 May 2025 - 09:33


 

 

Birləşmiş Ştatlar və AB arasında ticarət müharibəsində bu yeni eskalasiyaya cavab olaraq birjalar cümə günü çökdü.

 

"Onlarla müzakirələrimiz heç bir nəticə vermir!" ABŞ prezidenti Donald Tramp cümə günü iki qüdrət arasında ticarət danışıqlarının yaxşı getməməsindən və Brüssellə "çox çətin" olmasından şikayətləndikdən sonra Avropa İttifaqına 50% rüsum tətbiq etməyi "tövsiyə etdi".

 

Ağ Ev rəhbəri özünün Truth sosial şəbəkəsində yüksək tariflərin iyunun 1-dən, yəni bir aydan az müddətdə qüvvəyə minəcəyini təklif edib.

 

Tərcümə edəni Habil Sönməz/Zekainfo.az 

reklamlar

Digər xəbərlər