
İqtisadiyyat
19:49, 27 May 2025
BİZNES - Çox milyard dollarlıq satış? Britaniyanın Reuters xəbər
agentliyinin məlumatına görə, pornoqrafik məzmunun yayılması ilə tanınan
OnlyFans platforması təxminən 8 milyard dollara satılmaq üzrədir.
Fenix International qrupuna məxsus olan OnlyFans 2016-cı ildə
yaradıldı, lakin ilk növbədə Covid-19 pandemiyası zamanı məşhurlaşdı. O,
yaradıcılara - əsasən böyüklərə - öz şəxsi səhifələrini açmaq və məzmununu
ödənişli abunə sistemi ilə satmaq imkanı təklif edir. Bunun müqabilində
platforma yaradıcılar tərəfindən əldə edilən bütün gəlirin 20%-ni toplayır.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az