
Dünya
21:23, 27 May 2025
Brüssel
tok-şousumuzun bu buraxılışında iştirakçılar Brexitdən sonra ilk Aİ-Böyük
Britaniya sammitini, Pfizergate qalmaqalının nəticələrini və Avropa Mahnı
Müsabiqəsinin siyasiləşdirilməsini müzakirə edirlər.
Aİ və Böyük Britaniya
əməkdaşlığını yenidən istiqamətləndirirlər. Brexit-dən sonra ilk dəfə iki tərəf
bu həftə Londonda keçirilən sammitdə bir araya gəldi. Əsas diqqət müdafiə və
təhlükəsizlik paktına yönəldilib.
Amma balıqçılıq və
gənclərin hərəkətliliyindən də söhbət gedirdi. Məqsəd insanların həyatını
yaxşılaşdırmaq üçün praqmatik həllər tapmaq idi.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az