Kaja Kallas Belqrada səfər edib: "Mən Serbiyanın Aİ istiqamətində irəliləyişini görmək istəyirəm"

Kaja Kallas Belqrada səfər edib: "Mən Serbiyanın Aİ istiqamətində irəliləyişini görmək istəyirəm"
Dünya 27 May 2025 - 21:00


 

 

Avropa diplomatiyasının rəhbəri Belqradda Serbiya lideri Aleksandar Vučić ilə görüşüb və Serbiyanın Aİ-yə daxil olmasının onun strateji seçimlərindən asılı olacağını bir daha vurğulayıb.

 

Şərq yoxsa Qərb? Kaja Kallas 2012-ci ildən üzvlük üçün namizəd ölkə olan Serbiyanı gələcəyini müəyyən edəcək strateji seçim etməyə çağırıb.

 

"Serbiyanın siyasi liderləri ilə söhbətlərimdən aydın olur ki, Aİ-yə üzvlük onların strateji məqsədi olaraq qalır. Bununla belə, vurğulamaq istəyirəm ki, biz bu sözləri təsdiqləyən və dəstəkləyən hərəkətləri görməliyik", - o jurnalistlərə deyib.

 

 

Tərcümə edəni Habil Sönməz/Zekainfo.az

 

 

reklamlar

Digər xəbərlər