
Dünya
21:23, 27 May 2025
Geosiyasi sabitlik pozulmaqda davam etdikcə, yeni
qlobal münaqişə perspektivi bir çox avropalıları təqib edir.
YouGov-un yeni sorğusu göstərib ki, Britaniya,
Fransa, Almaniya, İtaliya və İspaniyada insanların 41%-dən 55%-ə qədəri yaxın
5-10 il ərzində daha bir dünya müharibəsinin başlayacağına inanır.
Böyük əksəriyyət belə bir münaqişənin nüvə
silahının istifadəsini nəzərdə tutacağını gözləyir.
Bu araşdırma üçün aprelin ilk iki həftəsi ərzində
beş Avropa ölkəsində 7095 insan sorğulanıb.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az