
Dünya
16:00, 29 May 2025
İsrail Qəzza zolağının şimalına zərbələrini davam etdirir. HƏMAS-ın
nəzarətində olan Fələstin Mülki Müdafiəsinin məlumatına görə, hücumlar Əl-Avda
xəstəxanasını da hədəf alıb.
İsrail Fələstin ərazisində intensivləşmiş hücumu ilə bağlı artan
beynəlxalq tənqidlərə baxmayaraq, bombardmanlarını davam etdirdiyi Qəzza
zolağının şimalında əlavə təxliyələrə çağırıb.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az