
Hadisə
15:10, 31 İyul 2025
Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb.
Zekainfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həsənov Nasib Qara oğlu istintaqa təhvil verilib. O, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub.
Aidiyyəti üzrə araşdırmalar davam etdirilir.