
Cəmiyyət
17:46, Bugün
Bu ilin 9 ayında 176 min 873 əcnəbi Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciət edib.
Bu barədə Zekainfo.az-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
Bildirilib ki, sözügedən dövrdə Azərbaycan ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı 58 min 930, vətəndaşlıq məsələləri ilə bağlı 947, Azərbaycanın vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı 11 min 54, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı isə 7068 əncəbi müraciət edib.