
İdman
12:26, Bugün
Çempionlar Liqasının üçüncü həftəsində "Real Madrid" doğma meydanda "Yuventus"u 1:0 hesabı ilə məğlub edib.
Zekainfo.az xəbər verir ki, İspaniya klubunda çıxış edən Arda Güler matçın adamı seçilib.
Matçda 7 açar ötürmə edən və 0.55 assist gözləntisi ilə oynayan Arda, 71 ötürmədən 69-da dəqiq olub. 5 dəqiq mərkəzi ötürmə edən 20 yaşlı ulduz, 6 uzaq ötürmə cəhdinin hamısında uğurlu olub.
Matçın futbolçusu seçilən Güler, oyunun sonunda mükafatlandırılıb.