Siyasət
17:25, Bugün
Türkiyənin Ermənistanla münasibətində "qırmızı xətti" Azərbaycandır.
Zekainfo.az xəbər verir ki, bunu Türkiyənin Böyük Birlik Partiyasının sədri Mustafa Destici Azərbaycana səfəri çərçivəsində keçirdiyi mətbuat üçün brifinqdə deyib.
"Ermənistan Azərbaycanla olan şərtlərini tamamilə yerinə yetirdikdən sonra Türkiyə Ermənistan münasibətlərindən danışmaq olar",- o bildirib.
Partiya sədri Zəngəzur dəhlizinin vacibliyinə də diqqət çəkib: "Naxçıvanla Azərbaycanın əsas hissəsinin quru əlaqəsinin olmaması Türk dünyasında bir bağ qopması deməkdir. Bu mənada, dəhliz son dərəcə vacibdir və Ermənistan üçün də yaxşı vədlər ehtiva edir".
O Zəngəzur dəhlizinin Amerika, Çin, İran kimi ölkələr üçün də əhəmiyyətli olduğunu qeyd edib.