Siyasət
18:00, Bugün
Naxçıvanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin görüşü keçirilib, ortaq Platformanın yaradılması razılaşdırılıb.
Zekainfo.az xəbər verir ki, sözgedən qərar TDT ölkələri qeyri-hökumət təşkilatlarının Naxçıvanda keçirilən Həmrəylik Forumunda qəbul edilib.
Forumda yeni yaradılan quruma rəhbər də seçilib. Belə ki, Milli Məclisin deputatı Azər Allahverənov Platformanın sədri seçilib.
Platformada TDT üzvü olan və təşkilatda müşahidəçi qismində iştirak edən 8 ölkənin QHT-ləri təmsil olunub.