MİDA mənzillərini qanunsuz satanlar SAXLANILDI

MİDA mənzillərini qanunsuz satanlar SAXLANILDI
Cəmiyyət 03 Dekabr 2025 - 15:36

Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar.

Zekainfo.az-ın məlumatına görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar. 

Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

reklamlar

Digər xəbərlər