17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşdı

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşdı
Gündəm 19 Dekabr 2025 - 17:14

Bakıda keçirilən 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb.

Bu barədə Zekainfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin müxtəlif idarələrində, eləcə də Milli Müdafiə Universitetində keçirilən görüşlərdə hər iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər təcrübə mübadiləsi, birgə təlimlərin təşkili, kadr hazırlığı və qarşılıqlı fəaliyyətin artırılması, habelə regional və beynəlxalq təhlükəsizliyə dair geniş fikir mübadiləsi aparıb, həmçinin mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliliyinin artırılması və gələcək fəaliyyət planlarının razılaşdırılması məsələlərinə toxunublar.

Alt İşçi Qrupların sədrlərinin iclasın yekunu ilə bağlı məruzələri dinlənildikdən sonra həmsədrlər tərəfindən iclasın ümumi protokolu imzalanıb.

reklamlar

Digər xəbərlər