Qara Yanvar: dövlətçiliyə aparan qanlı yol

Qara Yanvar: dövlətçiliyə aparan qanlı yol
Gündəm 19 Yanvar 2026 - 13:22

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı sovet totalitarizminin açıq hərbi müdaxiləsinə məruz qaldı. Sovet Ordusunun şəhərə yeridilməsi fövqəladə vəziyyət elan olunmadan əvvəl dinc əhaliyə qarşı güc tətbiqi ilə müşayiət olundu və nəticədə onlarla günahsız insan həyatını itirdi. Bu hadisə Azərbaycan tarixində Qara Yanvar kimi həkk olundu.
Rəsmi məlumatlara əsasən, fövqəladə vəziyyətədək 82 nəfər həlak olmuş, onlarla insan yaralanmışdı; yanvarın 20-dən sonrakı günlərdə itkilər davam etdi, regionlarda – Neftçala və Lənkəranda da qan töküldü. Hadisələrin siyasi məsuliyyəti Mixail Qorbaçov və Dmitri Yazovun rəhbərlik etdiyi mərkəzi hakimiyyətin üzərinə düşür; məqsəd isə yüksələn milli azadlıq iradəsini boğmaq idi.
Qara Yanvar təkcə faciə deyil, dövlətçilik şüurunun bərkiməsi nöqtəsidir. Azərbaycan xalqı bu gecədə geri çəkilmədi, əksinə, suverenliyə gedən yolun geri dönməzliyini təsdiqlədi. Bu tarixi həqiqətlərin beynəlxalq müstəvidə ardıcıl şəkildə təqdim edilməsi və siyasi-hüquqi qiymətin daim gündəmdə saxlanılması dövlət siyasətinin ayrılmaz istiqaməti olaraq qalmalıdır.
Cəmilə Çiçək
Prezident təqaüdçüsü,
Zekainfo.az saytının baş redaktoru
reklamlar

Digər xəbərlər