"Qarabağ" – "Nyukasl" matçının biletləri bu tarixdə satışa çıxarılır

"Qarabağ" – "Nyukasl" matçının biletləri bu tarixdə satışa çıxarılır
İdman 11 Fevral 2026 - 12:27

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Nyukasl" matçının biletləri satışa çıxarılır.

Bu barədə Zekainfo.az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Fevralın 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşün biletləri sabah satışa çıxarılacaq.

Biletlər yalnız rəsmi satış kanalı olan "iTicket.az" saytı vasitəsilə onlayn şəkildə əldə oluna bilər.

reklamlar

Digər xəbərlər