Dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə ediləcək

Dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə ediləcək
Cəmiyyət 24 Fevral 2026 - 13:11

Yer təkinin istifadəyə verilməsi qaydaları təkmilləşdiriləcək.

Zekainfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, yer təki istifadəçilərinə dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq veriləcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

reklamlar

Digər xəbərlər